Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.Bu barədə Azərtac-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, “Azərişıq” ASC-nin əməkdaşları elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb. Hazırda Bakı şəhəri və bütün rayonlarda əməkdaşlar gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin olunub. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…