“Azərişıq” ASC IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərini tam başa çatdırıb.ASC-dən Azərtac-a bildiriblər ki, operativliyi təmin etmək məqsədilə mərkəzi qərargah yaradılıb, əhatəli tədbirlər planı hazırlanıb. İdman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların təkmilləşdirilməsi, yarışlar zamanı növbə çəkəcək əməliyyat heyətinin və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması və əks-qəza məşqlərinin keçirilməsi təmin edilib.Keçirilən məşqlər heyətin zəruri biliklərini aşkar etməyə imkan yaradıb, eləcə də işçilərdə operativ məlumatların alınması və sərəncamların verilməsi vərdişləri aşılayıb. Əks-qəza məşqlərinə İslam Həmrəyliyi Oyunlarının baş tutacağı 17 əsas və 6 köməkçi obyekti qidalandıran 25 yarımstansiya və 12 transformator məntəqəsi üzrə ümumilikdə 292 əməkdaş cəlb olunub.Bundan əlavə, yarışların keçiriləcəyi günlərdə elektrik enerji təchizatında fasiləsizliyi təmini məsələsinin operativ həlli üçün Oyunların Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili razılaşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…