2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək.Bu barədə Azərtac-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. “Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarda təftiş işləri davam etdirilir. Havanın şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qaldırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən Çağrı mərkəzimiz var və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini çatdıra bilərlər”, – deyə T.Mustafayev bildirib.Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb. Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlər görülüb.“Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq yarımstansiya inşa edilib, 17725 kilometr müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib, 337982 ədəd dayaq quraşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…