“Azərkosmos” ASC indiyə qədər milli peyklərin istismarından 100 mln. ABŞ dollarından çox gəlir əldə edib.Milli.Az xəbər verir ki, bunu “Azərkosmos”un sədri Rəşad Nəbiyev rəsmi qəzetə müsahibəsində bildirib.Onun sözlərinə görə, əldə olunan gəlirin 80%-dən çoxu ixracın payına düşür.ASC-nin sədri bu günədək peyklərin 25-dən çox ölkədə sabit müştəri bazasının formalaşdığını qeyd edib: “Bir məsələni qeyd edim ki, son illər Azərbaycanla eyni vaxtda peyk layihələrinə başlamış bir sıra yaxın region ölkələrinin imic və ya prestij xarakterli proqramlarından fərqli olaraq, bizim peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı, kommersiya xarakteri daşıyır”.Qeyd edək ki, “Azərkosmos” 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə təsis edilib. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, bu il sentyabrın 26-da isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…