“Azərreyl” klubunun “Thüringen”ə qarşı keçirəcəyi oyunların vaxtı dəqiqləşib

7 Dekabr 2022 10:55

Xəbər 331 dəfə oxunub

Çağırış kuboku yarışında mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “Thüringen” komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, klublar arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki matç Almaniyada baş tutacaq.Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.xeber100.com