“Azərreyl” voleybol klubu əməkdaşlıq müqaviləsi imzalayıb

5 Sentyabr 2020 19:16

Xəbər 943 dəfə oxunub

Bakının “Azərreyl” voleybol klubunun meneceri Zaur Namazov və “Acıbadəm” klinikalar şəbəkəsinin rəhbəri Mehmet Ali Aydınlar arasında görüş keçirilib.Azərtac kluba istinadla xəbər verir ki, görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Görüşdə millimizin üzvü Şəfaqət Alışanova da iştirak edib.“Acıbadəm” xəstəxanalar şəbəkəsi Azərbaycan Voleybol Federasiyasının qadınlardan ibarət komandasının, eyni zamanda “Azerreyl” klubunun sponsoru olacaq.xeber100.com