“Azərreyl” voleybol klubu cavab oyunu keçirib

30 Noyabr 2018 13:04

Xəbər 781 dəfə oxunub

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da cavab oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi 1/16 final mərhələsində növbəti dəfə Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşıb.“Mister V-Arena”da keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Komandalar arasında Belçikada təşkil olunan ilk oyunda da “Azərreyl” eyni hesabla məğlub olub. Beləliklə, iki oyunun nəticəsində görə, Bakı təmsilçisi “Challange Cup”da mübarizəni dayandırıb.xeber100.com