“Azərreyl” yeni mövsümə hazırlığını davam etdirir

4 Oktyabr 2016 11:02

Xəbər 941 dəfə oxunub

Azərbaycan çempionu “Azərreyl” yeni mövsümə hazırlığı davam etdirmək üçün Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, bu gün İzmirə yollanan “dəmiryolçular” burada Cengiz Göllünün xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirə də qatılacaqlar. Bakı təmsilçisinin rəqibləri ev sahibi “Bursa Böyükşəhər Bələdiyyəspor”, ənənəvi yarışın son qalibi “Proton” (Rusiya), həmçinin “Olimpiakos” (Yunanıstan) və “Martisa” (Bolqarıstan) klubları olacaq. Oktyabrın 5-də başlayacaq turnir 4 gün davam edəcək. Oyunlar Cengiz Göllü adına idman salonunda təşkil olunacaq.xeber100.com