“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.ASC-dən Azərtac-a bildirilib ki, bununla əlaqədar “Azərsu”nun aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bu günlərdə içməli su təchizatında hər hansı planlaşdırılmış məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.Xüsusi karantin günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.“Azərsu” istehlakçılardan su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar ASC-nin 955 Zəng mərkəzinə müraciət etmələrini xahiş edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…