“Azəryol” klubu “Kristiansiad” komandası ilə qarşılaşacaq

27 Noyabr 2017 12:50

Xəbər 1077 dəfə oxunub

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “Çağırış Kuboku” uğrunda yarışların səkkizdəbir final mərhələsindəki rəqibi məlum olub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, təmsilçimiz dörddəbir final mərhələsi uğrunda İsveçin “Kristiansiad” kollektivi ilə qarşılaşacaq.Komandalar arasında görüşlərin fevralın ilk ongünlüyündə keçirilməsi nəzərdə tutulub.xeber100.com