“Azəryol” klubunun həndbolçuları ilk matçını keçirib

19 Noyabr 2017 20:25

Xəbər 690 dəfə oxunub

“Azəryol” klubunun qadın həndbolçuları “Çağırış Kuboku” uğrunda ilk matçını keçirib.Azərtac xəbər verir ki, noyabrın 18-də Lüksemburqun “HB Düdelanj” komandasının qonağı olan Azərbaycan təmsilçisi görüşdən 36:15 hesabı ilə qalib ayrılıb.“Dudelanj” arenasında keçirilmiş görüşün baş hakimləri yunanıstanlı Mixail Mertinian və Evangelos Sirepisios olub. Avropa Həndbol Federasiyasını (EHF) almaniyalı Frank Bölhoff təmsil edib.Qeyd edək ki, cavab oyunu noyabrın 19-da əvvəlcədən razılaşdırıldığı kimi Lüksemburqda keçiriləcək.xeber100.com