AZAL futbol klubu transfer çalışmalarına start verib

29 İyun 2016 09:25

Xəbər 1604 dəfə oxunub

Yeni mövsümün hazırlıqlarına başlayan AZAL futbol klubu transfer çalışmalarına start verib. Azərtac xəbər verir ki, AZAL rəhbərliyi baxışda olan bir əcnəbi oyunçunu heyətə cəlb etməyə qərar verib. İyunun 25-dən təlim-məşq toplanışında olan paytaxt təmsilçisinin düşərgəsində norveçli yarımmüdafiəçi Vilyar Nordberq baxışa cəlb edilmişdi. Baş məşqçi Tərlan Əhmədov onunla bağlı artıq qərarını verib. Çalışdırıcı sağ cinah oyunçusu barədə müsbət rəy verib və onun komandada saxlanılmasını istəyib. Hazırda klub rəhbərliyinin müqavilə məsələsində futbolçu ilə danışıqlar apardığı bildirilir. Vilyar Nordberq bundan əvvəl Norveç təmsilçisi “Yunkeren”də çıxış edib.xeber100.com