AZAL-la qarşılaşmanın hazırlığına start verilib

24 Noyabr 2016 11:39

Xəbər 952 dəfə oxunub

Premyer Liqanın son turunda “Neftçi” üzərində qələbə qazanan “Sumqayıt” futbol klubu ikigünlük istirahəti başa vurub. Komanda artıq “Kapital Bank Arena”da AZAL-la qarşılaşmanın hazırlığına start verib.“Sumqayıt” FK-nın mətbuat xidmətindən Azərtac–a bildirilib ki, son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.Qeyd edək ki, Premyer Liqanın 13-cü turunda “Sumqayıt” AZAL ilə qarşılaşacaq. Oyun noyabrın 27-də “AZAL Arena” stadionunda keçiriləcək.xeber100.com