AZPROMO-nun təşkilatçılığı ilə Qazaxıstanın Astana və Almatı şəhərlərinə 8-ci ixrac missiyasının nəticəsi olaraq bu ölkəyə Azərbaycan məhsullarının ixracı artırılacaq. 19 yerli şirkətin nümayəndəsi Almatı və Astanada ixrac imkanlarına dair ikitərəfli görüşlərdə bir sıra müqavilələr imzalayıblar. Danışıqlar zamanı Qazaxıstan şirkətləri Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstəriblər.Artıq Naftalan mazlarının istehsalı ilə məşğul olan yerli şirkətlə Qazaxıstan tərəfi ilkin anlaşma əldə edib.Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının verdiyi məlumata görə narın ölkə daxilində emalı ilə yanaşı ixracı da artır. İxracatçılar Aktauda yaradılan logistika mərkəzindən istifadə etməklə Qazaxıstana və Çinə ixracı genişləndirmək niyyətindədir.Nar istehsalı ilə məşğul olan şirkətlər tərəfindən də bununla bağlı bir sıra müqavilələr imzalanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…