Azərbaycanın “AzVirt” yol-tikinti şirkəti Ukraynada yol və infrastruktur obyektləri inşa etməyi planlaşdırır.Ukraynanın “Ekonomiçeskiye izvestiya” nəşri xəbər verir ki, “Azvirt MMC-nin baş direktoru Kamil Əliyev bunu xarici jurnalistlərə müsahibəsində bəyan edib. O deyib: “Fəaliyyətimizin təməlində gördüyümüz işlərin keyfiyyəti və çox sərt nəzarət sistemi dayanır. İxtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Əməkdaşlarımız peşəkarlıqlarını artırmaq üçün müntəzəm olaraq xarici ölkələrdə treninq keçirlər”.Azərbaycanda həyata keçirilən iri layihələri – Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə strateji magistral yollarının, Bakıda Formula 1 üçün trasın tikintisini xatırladan şirkətin rəhbəri deyib: “1999-cu ildə yeni Bakı aerovağzalı üçün estakada inşa edilib, aeroportda kompleks işlər aparılır. Paytaxtın küçə və prospektlərinin əsaslı təmir olunması sahəsində zəngin təcrübəmiz var. 2002-2003-cü illərdə Səngəçal terminalında daxili yollar çəkmişik. 2006-cı ildə “Böyük İpək Yolu” layihəsi çərçivəsində Şəmkir-Qazax yolunun yenidən qurulmasını başa çatdırmışıq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları, perronlar və digər təyyarə meydanları inşa etmişik.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…