Son dövrlər idman təhsili sahəsində yenilikləri ilə seçilən Bədən Tərbiyəsi və İdman Akademiyası 2017-2018-ci tədris ili üçün yeni magistr ixtisasları ilə yanaşı, yeni bakalavr ixtisasları üzrə də tələbə qəbul etməyə hazırlaşır.Akademiyadan Azərtac-a bildiriblər ki, Azərbaycanda ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların sayı artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli qərarına əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişikliklər edilərək yeni ixtisaslar yaradılıb. “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “Məşqçi (idman növü üzrə)”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman menecmenti və kommunikasiya” ixtisasları əlavə edilib.Bundan əlavə, Akademiyada bakalavr səviyyəsində “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası tədris olunacaq. Ümumilikdə isə ADBTİA-da 2017-2018-ci tədris ili üçün bakalavr təhsil səviyyəsi üzrə məşqçi (idman növü üzrə) – (ötən illərdə olan “Bədən tərbiyəsi və idman” ixtisasının yerinə), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, idman menecmenti və kommunikasiya, bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasları üzrə tələbə qəbulu aparılması planlaşdırılır.Bu ixtisaslar üzrə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…