İsti yay günlərində Milli Gimnastika Arenası növbəti milli yarışa hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq. Belə ki, ən zərif gimnastika növünün nümayəndələri avqustun 10-12-də bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar.Azərtac xəbər verir ki, fərdi gimnastlar 2002-2010-cu il təvəllüdlü və daha böyük, qrup komandaları isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü yaş kateqoriyasında mübarizə aparacaqlar.Qaliblər fərdi gimnastlar arasında çoxnövçülük xalına görə, qrup hərəkətləri komandalarında ayrı-ayrı alətlərdə çıxışlarına görə və komanda hesabında müəyyənləşəcək.Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.Yarışlara biletləri arenanın kassasından əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manatdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…