Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatına mayın 21-də yekun vurulub. Çempionatın bağlanış mərasimində əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sonra Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastikasının bayrağını qitə qurumunun vitse-prezidenti Edvard Kolara təqdim edib. Avropa Gimnastikasının rəsmisi isə bayrağı 2024-cü ildə qitə çempionatına ev sahibliyi edəcək Macarıstan nümayəndəsinə verib. Bayrağı Avropa çempionatının Təşkilat Komitəsinin sədri Andraş Tari təhvil alıb.
Avropa Gimnastikasının vitse-prezidenti E.Kolar bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yüksək təşkilatçılığına görə qurumun rəhbərliyi adından Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib və çempionatı bağlı elan edib.
Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb. Gənclərdən ibarət qrup komandamız çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…