Bədii gimnastika üzrə Avropa çempionatı Kiyevdə təşkil ediləcək

29 Sentyabr 2020 08:09

Xəbər 559 dəfə oxunub

Bədii gimnastika üzrə Avropa çempionatı planlaşdırıldığı kimi Kiyevdə təşkil ediləcək.Azərtac xəbər verir ki, bu barədə “Avropa Gimnastikası”nın mətbuat xidməti məlumat yayıb.Turnir Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.Avropa çempionatının Kiyevdə mayın 21-dən 24-dək keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus pandemiyası səbəbindən turnir təxirə salınmışdı. Yenilənmiş cədvəldə yarışın noyabrın 26-29-da keçirilməsi planlaşdırılır.Qitə birinciliyində 39 ölkədən idmançılar iştirak edəcəklər.xeber100.com