Martın 24-də Milli Gimnastika Arenasında start götürən bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib. Çempionatın birinci günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə təsnifat mərhələsində çıxış ediblər və çoxnövçülükdə qaliblər bəlli olub.
Gənclərin yarışında Nuray Əhmədzadə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Ağahüseynova yarışı ikinci, Fidan Aladinova isə üçüncü pillədə başa vurublar.
Böyük yaşlı gimnastların mübarizəsində Zöhrə Ağamirova birinci olub. Alina Gözəlova gümüş, İlona Zeynalova isə bürünc medal əldə ediblər.
Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 53 gimnast gücünü sınayır.
Çempionata martın 25-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…