Bədii gimnastika üzrə Bakı çempionatı başa çatıb

12 Dekabr 2017 11:54

Xəbər 912 dəfə oxunub

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, eyni zamanda, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.Azərtac xəbər verir ki, dörd gün davam edən yarışlarda “Ocaq Sport” Klubunun, Bakı Gimnastika Məktəbinin yetirmələri, Sumqayıtdan, Qusardan, həmçinin Gürcüstandan olan təmsilçilər mükafatçılar sırasında yer alıblar.Turnirin sonunda Arenada əsl gimnastika coşqusu yaşanıb. “Qızıl yaş” adlı şouda tamaşaçılar bu dəfə adət edildiyi kimi yarış meydançasında azyaşlı gimnastları deyil, məhz onların məşqçilərini izləyiblər. Yığma komanda ilə yanaşı, digər klublarda çalışan məşqçilər bir neçə gün ərzində böyük şouya ciddi hazırlaşıblar. Uzun fasilədən sonra meydançada öz yetirmələri qarşısında çıxış etmək həyəcanının öhdəsindən məşqçilər məharətlə gəliblər.Bununla da gimnastika üzrə dördgünlük birgə yarışlara yekun vurulub.xeber100.com