Milli Gimnastika Arenasında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışları başlayıb. Turnirdə 19 ölkədən 92 gimnast iştirak edir.Azərtac xəbər verir ki, idmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcəklər.Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.Dünya kubokunun ilk günündə təsnifat yarışları keçirilir.Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox məşhur əcnəbi idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Yarışlarda ikiqat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) iştirak edəcəklər. Həmçinin mübarizəyə qrup hərəkətləri komandaları – Olimpiya Oyunlarının qızıl medalçısı Rusiya, Olimpiya Oyunlarının gümüş medalçısı İspaniya, Olimpiya Oyunlarının bürünc medalçısı – Bolqarıstan və dünya çempionatının bürünc mükafatçısı – Belarus qoşulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…