Aprelin 26-28-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Batutçulardan və idman gimnastlarından sonra bu dəfə meydançanı gimnastikanın ən zərif nümayəndələri təhvil alaraq güclərini sınayacaqlar.Azərtac Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən, artıq 43 ölkədən 200-dən çox gimnastın kubok yarışlarında mübarizə aparacağı gözlənilir. Üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.Yarışın ilk iki günündə təsnifat mərhələləri təşkil olunacaq. Həmçinin çoxnövçülük üzrə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…