Bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub

9 May 2021 13:51

Xəbər 318 dəfə oxunub

Mayın 9-da Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. Azərbaycan millisi turniri 1 medalla başa vurub.Azərtac xəbər verir ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə 5 top, 3 halqa və 2 cüt gürzlə final mərhələlərində güclərini sınayıblar.Fərdi gimnastların halqa ilə yarışında İsrail təmsilçisi Linoy Aşram 27,150 xalla birinci olub. Rusiya idmançısı Lala Kramarenko 26,850 xalla yarışı ikinci, belaruslu Alina Harnasko (26,600 xal) isə üçüncü pillədə başa vurublar.İtaliya idmançısı Aleksandra Acurcukukuleze dünya kuboku yarışlarında fərqlənib. Belə ki, italiyalı idmançının top ilə çıxışı hakimlər tərəfindən 26,350 xalla qiymətləndirilib və bu da qızıl medal üçün yetərli olub. Eyni – 26,100 xala malik Rusiya təmsilçisi Daria Trubnikova və Boryana Kaleyn (Bolqarıstan) ilk üçlükdə yer alıblar.İsrail təmsilçisi Linoy Aşram turnirdə ikinci qızıl medalını qazanıb. Fərdi gimnastların gürzlər ilə yarışında İsrail təmsilçisi 27,800 xalla birinci olub. Bolqarıstan idmançısı Boryana Kaleyn 27,400 xalla yarışı ikinci, rusiyalı Lala Kramarenko (27,150 xal) isə üçüncü pillədə başa vurublar.Azərbaycan təmsilçisi Zöhrə Ağamirova dünya kuboku yarışlarında dördüncü olub. Fərdi gimnastların lent ilə yarışında təmsilçimiz hakimlərdən 21,400 xal alıb. Yarışın qalibi 24,300 xalla bolqarıstanlı Boryana Kaleyn olub. Onun komanda yoldaşı Katrin Taseva 21,500 xalla bürünc medal qazanıb. Belarus təmsilçisi Alina Harnasko 23,450 xalla gümüş medala sahib olub. Azərbaycanın qrup hərəkətləri komandası dünya kuboku yarışlarında bürünc medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib. Yarışın qalibi Bolqarıstan komandası olub. Onların aktivində 45,600 xal var. İtaliya gimnastları 44,500 xalla yarışı ikinci pillədə başa vurublar.Bolqarıstanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə yarışda birinci olub. Bolqarıstanlı gimnastların çıxışı hakimlər tərəfindən 43,150 xalla qiymətləndirilib. İlk üçlüyü İtaliya (41,900 xal) və Belarus (39,850 xal) komandaları qapayıblar. Azərbaycanın qrup hərəkətləri komandası isə 37,600 xalla beşinci olub.Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edib.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02