Bədii gimnastika üzrə dünya kuboku yarışlarında mükafatçılar müəyyənləşib

23 Aprel 2023 19:34

Xəbər 388 dəfə oxunub

Paytaxtımızda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında gürzlərlə proqramda mükafatçılar müəyyənləşib.

Bütün rəqiblərini qabaqlayan Bolqarıstan gimnastı Stiliana Nikolova 34,150 xalla qızıl medal qazanıb.

Ukraynalı Viktoriya Onopriienko 32,650 xalla ikinci, Almaniya gimnastı Darya Varfolomeev 32,550 xalla üçüncü olub.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.xeber100.com