Fevralın 15-də “JW Marriott Absheron” otelində turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək.Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarlarıdır. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaq. “B2B Luxury & MICE Workshop” layihəsi çərçivəsində habelə fevralın 13-də Almatıda, 17-də isə Tbilisidə vorkşoplar keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, bu il ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya çıxış edir. Vorkşopun açılışında bu ölkənin turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cəhətləri haqda söhbət açacaq, habelə “Turkish Airlines” hava yolları şirkəti Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…