Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib

16 İyun 2019 12:32

Xəbər 562 dəfə oxunub

Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.Azərtac xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti, xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuzun II Avropa Oyunlarına vəsiqə qazanmasını böyük nəticə olduğunu qeyd edib.Konfransda Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib.Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində federasiyanın vitse-prezidentləri, Nəsimi Musayev isə baş katib vəzifələrini icra edəcəklər.Konfransın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.xeber100.com