Badminton Federasiyasının məlumatı

9 Fevral 2019 20:15

Xəbər 854 dəfə oxunub

Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniridir.Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, bu mötəbər yarışlardan birinin təşkili hüququnu Bakı qazanıb. Beynəlxalq Badminton Federasiyasının builki təqvim planına daxil olan “Azerbaijan International 2019” turniri iyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək.Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir.Badmintonçularımızın son beynəlxalq turnirlərdə qalib olması bu idman növünə marağı bir qədər də artırıb. Təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonin Minskdə keçirilən, “International Challenge” kateqoriyalı “Belarus International 2018” turnirində həm şəxsi, həm də qoşa yarışlarda birinci olması Azərbaycan badmintonunun tarixində mühüm hadisədir.xeber100.com