Badminton Federasiyasının məlumatına görə…

7 May 2019 13:15

Xəbər 551 dəfə oxunub

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Braziliyanın Kampinas şəhərində keçirilən 34-cü “Brazil International Challenge” turnirində çıxış edib.Azərtac Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kanada badmintonçusu Senkirslə qarşılaşıb. Görüş kanadalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, turnirin qalibi israilli badmintonçu Mişa Zilberman olub.xeber100.com