Badminton Federasiyasının reytinq cədvəli açıqlanıb

30 Noyabr 2018 13:01

Xəbər 655 dəfə oxunub

Beynəlxalq Badminton Federasiyasının yeni reytinq cədvəli açıqlanıb.Azərtac xəbər verir ki, cədvəldə 7 pillə irəliləyən Edi Reski Dviçayo 18 min 500 xalla 92-ci sıradadır.Reytinqdə ən çox irəliləyən badmintonçular arasında təmsilçimiz Ezmi Qovimuramadhoni də var. İyirmi bir pillə irəliləyən Ezmi 185-ci sırada qərarlaşıb. Badmintonçumuzun aktivində 8 min 950 reytinq xalı var.Badmintonçularımızın kişilərin qoşa yarışları üzrə reytinq cədvəlində də dəyişiklik baş verib. Mövqeyini 4 pillə yaxşılaşdıran Edi Reski Dviçayo – Ezmi Qovimuradhoni tandemi 76-cı sıradadır. Badmintonçularımızın aktivində 17 min 990 reytinq xalı var.xeber100.com