Badminton üzrə Azərbaycan milli komandası Bakı İdman Sarayında təlim-məşq toplanışı keçirir. Hazırlıqda yığmanın baş məşqçisi Morteza Validarvinin rəhbərliyi altında 18 idmançı iştirak edir.
Fevralın 8-dək davam edəcək məşqlərə Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu cəlb olunublar. Toplanış fevralın 8-11-də Bakı İdman Sarayında baş tutacaq “Azerbaijan International 2024” turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 49 ölkədən ümumilikdə 293 badmintonçu qüvvəsini sınayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…