Badminton üzrə keçirilən ölkə birinciliyinə yekun vurulub

30 May 2023 13:50

Xəbər 308 dəfə oxunub

Mayın 26-dan 29-dək keçirilən 2009-2010 təvəllüdlü uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub. Bakı ilə yanaşı Gəncə, Lənkəran, Siyəzən və Qusardan 46 oğlan və 35 qız iştirakçı 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib. Şəxsi oğlanlarda Əli Gözəlov, qızlarda Leyla Camalzadə, qoşa oğlanlarda Əli Gözəlov – Fazil Quliyev, qoşa qızlarda Leyla Camalzadə – Aysu Kərimzadə, qarışıq qoşada Əli Gözəlov – Leyla Camalzadə birinci yerə layiq görülüblər. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.xeber100.com