Badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

8 Aprel 2019 12:32

Xəbər 574 dəfə oxunub

Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2009-2011-ci il təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, 5 nömrəli Bakı peşə liseyində keçirilən yarışda 18 oğlan və 12 qız mübarizə aparıb. Yarışda beş kateqoriya üzrə qaliblər müəyyənləşib. Şəxsi yarışlarda oğlanlardan Murad İbrahimli, qızlardan isə Əminə İsmayılova birinci olublar. Qoşa yarışlarda Murad İbrahimli – Əmirxan İmanov və Zəhra Rüstəmova – Əminə İsmayılova cütlükləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qarışıq-qoşa yarışlarda isə Murad İbrahimli – Əminə İsmayılova cütlüyü qalib gəlib.Qaliblər hədiyyə, diplom və medallarla təltif olunub.xeber100.com