“Kapital Bank” “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu.Bankdan Azərtac-a bildirilib ki, bununla bağlı 24 aprel tarixində “Kapital Bank” və “Bakı-2017” Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.İmzalanma mərasimində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və “Bakı-2017”nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak ediblər.“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. “Kapital Bank” olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, – deyə, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multiidman tədbiridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…