Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib

16 Aprel 2021 12:11

Xəbər 797 dəfə oxunub

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib.Azərtac xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak edirlər.Yarışda 80-ə yaxın qız və oğlan atlet 8 məsafə üzrə mübarizə aparırlar.Yarışda qalib gələn idmançılar respublika çempionatına vəsiqə qazanacaqlar.