Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 4 ixtisas üzrə – tarix, tarix müəllimliyi, regionşünaslıq (Qafqaz üzrə), regionşünaslıq (Amerika üzrə) mütəxəssis hazırlığı həyata keçirilir. Bu barədə BDU-dan məlumat verilib.
Tarix fakültəsində 3 elmi-tədqiqat laboratoriyası, Arxeologiya və etnoqrafiya, Asiya və Afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslıq, tarixşünasliq və metodikası, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi və Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.
BDU-nun Tarix fakültəsini bitirən məzunlar əldə etdikləri bilik və bacarıqlara əsasən müxtəlif dövlət orqanlarında, dövlət və özəl təşkilatlarda çalışa bilərlər. Tarix müəllimliyi üzrə təhsil alan tələbələr ali və orta təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Regionşünaslıq ixtisasları üzrə məzun olan tələbələr səfirlik, beynəlxalq təşkilatlarda diplomat kimi fəaliyyət göstərə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…