Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası başa çatıb.
BDU-dan bildirilib ki, bakalavriat səviyyəsində 923 qrup üzrə 21 mindən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbə imtahan verib. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün fevralın 10-dək şərait yaradılacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərib. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…