Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Yanvarın 15-də bakalavriatura səviyyəsində 279 qrup üzrə 5620 tələbə, magistratura səviyyəsində isə 200 ixtisaslaşmada 660 gənc imtahan verir. Bu barədə BDU-dan məlumat verilib. İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə yazılı imtahanlar saat 10.00-13.00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14.00-17.00-dək) keçirilir. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 5-dən 14-dək şərait yaradılacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…