Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub ünvanlayıb.Bu barədə Azərtac-a BDU-dan məlumat verilib. Bildirilib ki, məktubun məqsədi dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən müharibəsinə yönəltməkdir. Məktubda deyilir:“Tarixboyu Azərbaycan torpaqlarına göz dikən mənfur qonşularımızın doğma yurdumuza təcavüzündən artıq 30 il ötür. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonları qeyd-şərtsiz tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri icra edilməyib.Sentyabrın 27-dən etibarən Ermənistan ölkəmizə növbəti hərbi təcavüz törətdiyi üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınan və Azərbaycan ərazisi olan torpaqlarda aparılır. Ermənistan ordusu 1949-cu il Cenevrə Konvensiyasına zidd olaraq, münaqişə zonasından uzaqda yerləşən və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini, Qafqazın ən böyük su-elektrik stansiyası olan Mingəçevir su anbarını və digər əraziləri atəşə tutur. Bütün bunlar Ermənistanın regionun təhlükəsizliyinə böyük təhdid olduğunun daha bir nümunəsidir. Hücum zamanı hərbi qulluqçularla yanaşı, uşaqların, qadın və qocaların hədəf alınması erməni vəhşiliyinin bariz sübutudur.Azərbaycan bu müqəddəs savaşda öz torpaqlarının və əhalisinin müdafiəsinə qalxıb. Rəşadətli Azərbaycan Ordusu düşmən tapdağından azad etdiyi ərazilər ilə öz qüdrətini bütün dünyaya sübut edir.Münaqişənin təfərrüatları ilə bağlı daha dolğun faktlara söykənən məlumat məktuba əlavə edilib.Sizi baş verən hadisələr ilə bağlı rəsmi mənbələrdən məlumat almağa və xalqınızı Azərbaycan xalqının şərəfli mübarizəsi ilə tanış etməyə səsləyirəm”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…