Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Dövlət Universitetində (BDU) olub.BDU-dan Azərtac-a bildirilib ki, rektor Elçin Babayev səfirlə görüşdə Rumıniya universitetləri ilə əlaqələrdən bəhs edib, elm və təhsil sahəsində əməkdaşlığın perspektiv inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Rektor mayın 28-də və 29-da Buxarest şəhərində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans barədə də danışıb.Səfir Dan İanku BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.Görüşdə tələbə-müəllim mübadiləsi, Rumıniyada fəaliyyət göstərən elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların təşkili, müştərək konfrans və simpoziumların keçirilməsi, tədqiqatların aparılması, təqaüd və təcrübə proqramları, təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin rumın milli günləri ilə əlaqədar festivalların, o cümlədən sərgilərin keçirilməsi qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…