Bakı Dövlət Universitetində (BDU) Müqayisəli Hüquq Araşdırmaları Mərkəzi yaradılacaq.BDU-dan Azərtac-a bildiriblər ki, Mərkəzin yaradılması Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti ilə ikili diplom proqramları sistemində mövcud əlaqələrinin genişləndirilməsi məqsədini daşıyır. Birgə fəaliyyətin innovativliyini nəzərdə tutan Mərkəz BDU ilə Almaniyanın nüfuzlu hüquq məktəbləri arasında əlaqələrinin və ikili diplom proqramlarının miqyasını genişləndirəcək, birgə doktorant, magistr hazırlığını daha da gücləndirərək, elmi mübadiləni inkişaf etdirəcək. Həmçinin Mərkəzdə magistr və doktorantların tədqiqat imkanlarının genişləndirilməsi, tədqiqat fəaliyyətlərinin təkmilləşdirilməsi kimi məsələlərin reallaşdırılması nəzərdə tutulur.Müqayisəli Hüquq Araşdırmaları Mərkəzinin yaradılması ilə bağlı təklifi Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti verib. Mərkəzin müvafiq kitab və avadanlıqlarla təchizi və digər texniki təminatı Halle-Vittenberq Universiteti tərəfindən həyata keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…