Bakı Dövlət Universitetində (BDU) keçirilən iclasda bu ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.BDU-dan Azərtac-a bildirilib ki, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqı dekabr ayının 1-dən 130 manatadək artırılıb. Artım ümumilikdə universitetin üç mindən çox əməkdaşına şamil olunub.Bundan əlavə hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodik şurası və fakültə həmkarlar təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər müəllimin son üç ildə elmi, tədris və ictimai fəaliyyəti təhlil edilir. Tələbələrin anket sorğusunun nəticələri nəzərə alınmaqla, fərqlənmiş əməkdaşların əməkhaqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses təxminən 300 nəfərə şamil olunur.Qeyd edək ki, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili “50+50” və fərdi qrant layihəsi ilə işləyən bir çox müəllimlərin əməkhaqqı üç min manatdan çoxdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…