Mayın 24-də bütün slavyan dünyası Slavyan yazısı və mədəniyyəti gününü qeyd edir.Əvvəllər bu bayram slavyan xalqlarının ilk müəllimləri – Kiril və Mefodinin anma günü kimi məlum idi.Bakı Dövlət Universitetindən (BDU) Azərtac-a bildiriblər ki, bu ali məktəbin filologiya fakültəsinin rus dilçiliyi kafedrası BDU-nun Rus Mərkəzi ilə birgə Slavyan yazısı və mədəniyyəti gününə həsr edilmiş elmi seminar keçirib.Seminarda kafedra müdiri, professor Lalə Quliyeva diqqətə çatdırıb ki, slavyan xalqlarının çoxu bu bayramı yüzilliklər boyu qeyd edir. Bu bayram kiril əlifbasını yaratmış Kiril və Mefodi qardaşlarının adı ilə bağlıdır və onların sayəsində bütün slavyan xalqı məhz bu yazını əldə edib.Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərova Kiril və Mefodinin xüsusi xidmətlərindən bəhs edib. Bildirib ki, hələ IX əsrdə onlar kilsə tərəfindən müqəddəs surətlər sırasına daxil ediliblər. Qardaşlar yaratdıqları əlifba ilə bərabər, dini kitabları yunan dilindən qədim slavyan dilinə tərcümə edib, slavyanlara yazı öyrədib və bununla da xristian dinini yayıblar.Seminarda filologiya fakültəsinin tələbələri mövzuya dair məruzələrlə çıxış ediblər.Məruzəçi tələbələrə fəxri fərmanlar verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…