Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.BDU-dan Azərtac-a bildirilib ki, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə reallaşdırılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb. O, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU-nun əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…