“Bakı Fond Birjası” QSC (BFB) Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxıb.BFB-dən Azərtac-a bildiriblər ki, bu qərar QSC səhmdarlarının iyunun 14-də keçirilmiş növbəti illik ümumi yığıncağında təsdiqlənib.Yığıncaqda QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi və BFB-nin yeni sədrinin təsdiqi məsələsi müzakirə edilib. QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunaraq təsdiqlənib.Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olub. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlılığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond Birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…