İyunun 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2097024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5 faiz) manat və 9,947.3896 (6.8 faiz ) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,670,000 manat olmuşdur. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.5445 (7.69 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,941.5065 (7.56 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 05.07.2023-cü ildir.
Həmin gün, həmçinin AMB-nin AZ2098024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,801.0389 (8.7 faiz) manat və 9,828.0098 (7.5 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,710,000 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,816.9788 (7.99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,818.1059 (7.94 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat olub. Notların ödəmə tarixi 30.08.2023-cü ildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…