Yanvarın 25-də Bakı Fond Birjasında (BFB) “Metak” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, emissiya həcmi 2 000 000 AZN, nominal və hərrac qiymətləri 1000 AZN, istiqrazların tədavül müddəti 1 il, faiz dərəcəsi (illik) 14 faiz, faiz gəlirinin ödəniş müddəti 90 gündür. “AzFinance” QSC anderrayter vəzifəsində çıxış edir.Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcək. İstiqrazların emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması nəzərdə tutulub.“Metak” istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. “Metak” istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…