Fevralın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108006948 ISIN-li, 25 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dən Azərtac-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.6833 AZN (7 faiz) və 100.6589 AZN (4.85 faiz) manat olan 22 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.8399 AZN (5.5 faiz) manat, orta ölçülmüş qiyməti 97.9426 AZN (5.4759 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 103 milyon 382 min 100 manat, yerləşdirilmiş həcmi isə 37 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2027-ci il fevralın 9-da ödəniləcək. Hərrac iştirakçıları fevralın 16-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…