Fevralın 18-də Bakı Fond Birjasında (BFB) “Bank Respublika” ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004002880 dövlət qeydiyyat nömrəli, 15 milyon manat həcmində, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.BFB-dən Azərtac-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 991.04 AZN (8.9995 faiz) və 1000 AZN (8.5 faiz) manat olan 8 sifariş təqdim edilib. İstiqrazların kəsmə və orta ölçülmüş qiyməti 1000 AZN (8.5 faiz) manat müəyyənləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 8,5 faiz, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 milyon 283 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il fevralın 18-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…