Martın 10-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin faizli, adlı, sənədsiz, təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.İstiqrazların buraxılış şərtlərinə əsasən, hərrac qiyməti 1003.5000 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 20 milyon manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.Yerləşdirmənin anderrayteri qismində birja üzvü “Paşa Kapital” İnvestisiya Şirkəti QSC çıxış edir. İstiqrazlar 2026-cı il dekabrın 6-da ödəniləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…